Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun IV iclası iyulun 20-də keçiriləcək

Region
  • 12 iyul, 2022
  • 08:17
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun IV iclası iyulun 20-də keçiriləcək

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun “Ramşteyn” formatında dördüncü iclası iyulun 20-də onlayn rejimdə keçiriləcək.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti Ukrayna və ABŞ müdafiə nazirləri - Aleksey Reznikov və Lloyd Ostin arasında keçirilən danışıqların yekununda məlumat yayıb.

“Dövlət katibi Ostin və nazir Reznikov həmçinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun virtual olaraq iyulun 20-də baş tutacaq növbəti iclasının gündəliyini müzakirə ediblər və ABŞ-la müttəfiqlərinin Təmas Qrupu formatı vasitəsilə Ukraynaya gələcək yardımı barədə fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilir.

Bundan əlavə, L.Ostin A.Reznikova ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsindəki yardımı ilə bağlı yenilənmiş informasiya təqdim edib.

44 filmi