Ukrayna müdafiə naziri: "Müharibə uzun çəkə bilər, çünki düşmən güclüdür"

Region
  • 22 avqust, 2023
  • 12:25
Ukrayna müdafiə naziri: Müharibə uzun çəkə bilər, çünki düşmən güclüdür

“Müharibə uzun çəkə bilər. Çünki düşmən güclü və xaindir”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov Veteranlar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qələbə qazanmaq təkcə torpaqları azad etmək deyil: “Biz əmin olmalıyıq ki, düşmən yenidən hücum etməyəcək. Bu, çətin işdir”.

Nazir rəsmi Kiyevin qələbəsinə inamını ifadə edib: “Bu, əsl marafondur. Bizi hələ də ciddi itkilər gözləyir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Rəsmi Kiyevin mövqeyinə görə, savaş Ukraynanın suverenliyinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.