Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Region
  • 26 noyabr, 2018
  • 14:30
Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazındakı hadisə ilə bağlı Rusiya XİN-ə çağırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ukraynalı diplomat jurnalistlərin suallarını cavablandırmayıb.

Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu dəvətə Ukrayna tərəfinin təcavüzkar və təxribatçı hərəkətlərinin səbə olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna tərəfi noyabrın 25-də Kerç boğazında üç hərbi gəmilərinin Rusiya gəmiləri tərəfindən atəşə tutulduğunu, 6 ukraynalı hərbçinin yaralandığını, bunun hərbi təcavüz aktı olduğunu bildirib. Rusiya tərəfi isə Ukrayna gəmilərinin ərazi sularını pozduğuna görə Qara dənizdə saxlanıldığını, bunun üçün silah tətbiq etdiklərini iddia edib.