Ukraynada yol-nəqliyyat qəzası olub: 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Region
  • 20 iyul, 2018
  • 06:05
Ukraynada yol-nəqliyyat qəzası olub: 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Ukraynanın Nikolayevsk vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Kiyev-Odessa avtomobil yolunda baş verib. Belarus dövlət nömrə nişanlı “Volkswagen” yolun sağ hissəsində dayanmış nasaz yük avtomobilinə çarpılıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişin ölüb. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi araşdırılır. 

44 - Tezliklə