Ukraynada müharibə nəticəsində valideynlərini itirmiş 34 uşaq Türkiyəyə göndərilib
- 22 noyabr, 2022
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynada müharibə nəticəsində valideyn himayəsindən məhrum olmuş 34 uşaq Türkiyəyə göndərilib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya tviterdə yazıb.
Onun sözlərinə görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanla əldə olunan razılığa əsasən Odessadakı “Soneçko” uşaq evindəki uşaqların bir qismi Türkiyəyə təxliyə edilib: “Uşaqların təhlükəsizliyi prioritetimizdir. Ən kiçik yaşlı uşaq Saşkodur. O, on aylıqdır. Uşaqların rahatlığı, reabilitasiyası təmin olunub”.
Y.Zelenskaya bildirib ki, bu, iki ölkənin liderinin həyat yoldaşlarının əməkdaşlığının nəticələrinin vacib göstəricisidir. Ukraynanın birinci xanımı bu məsələdə xidməti olan hər kəsə təşəkkür edib.