Ukrayna tərəfdən döyüşən dağıstanlı məşqçi vətənə xəyanətdə ittiham olunur

Region
  • 22 noyabr, 2023
  • 06:53
Ukrayna tərəfdən döyüşən dağıstanlı məşqçi vətənə xəyanətdə ittiham olunur

Rusiya Federasiyasının Dağıstan Respublikasının kikboksinq üzrə yığma komandasının keçmiş baş məşqçisi Əhməd Əhmədova dövlət xəyanəti maddəsi ilə cinayət işi açılıb.

“Report” xəbər verir ki, məlumatı “Mash” teleqram kanalı yayıb.

Bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinin “Xort” ərazi müdafiə taborunun tərkibində döyüşlərdə iştirak edib. Əhməd Əhmədov bir müddət sonra imam Şamil adına Dağıstan könüllüləri taborunun tərkibinə keçib.

Məlumata görə, o, 2017-ci ildən Ukraynada yaşayır. Əhməd Əhmədov Ukrayna Peşəkar Kikboksinq Federasiyası “K-1”in prezidenti təyin edilib. Onun yetirmələri arasında rusiyalı idmançılar Bəşir Tacdinov, Rəcəb Əliyev, Məhəmməd Saidov və başqaları var.

44 filmi