Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsindən azad olunub

Region
  • 27 iyul, 2021
  • 16:07
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsindən azad olunub
Ruslan Xomçak

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Ruslan Xomçak vəzifəsindən azad edilib.

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti, Ali Baş Komandan Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.

Bu vəzifənin icrası müvəqqəti olaraq “Sever” əməliyyat komandanlığının rəhbəri, general-mayor Valeriy Zalujniyə tapşırılıb.