Ukrayna parlamentinin keçmiş deputatı döyüşlərdə həlak olub

Region
  • 07 mart, 2022
  • 11:45
Ukrayna parlamentinin keçmiş deputatı döyüşlərdə həlak olub

Rusiya hərbçiləri ilə Ukrayna döyüşçüləri arasında Puşe-Vodisedə gedən döyüşlərdə Ukrayna Ali Radasının 8-ci çağırış deputatı Aleksandr Marçenko həlak olub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azadlıq Partiyasının deputatı Oleq Tyaqnibok bildirib.

“Rusiya-Ukrayna müharibəsinin veteranı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, zabit Aleksandr Marçenko həlak olub”, - partiya sədri vurğulayıb.

44 - Tezliklə