Ukrayna Prezidenti döyüşməyi bacaran məhbusları azad edib

Region
  • 28 fevral, 2022
  • 09:49
Ukrayna Prezidenti döyüşməyi bacaran məhbusları azad edib
Volodimir Zelenski

“Real döyüş qabiliyyəti olan ukraynalılar həbsdən azad olunacaq və qaynar döyüş bölgələrində günahlarını kompensasiya edəcəklər”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, işğalçıya qarşı mübarizəyə qoşulmaq istəyənlər bunu etməlidir: “Ona görə də qərar sadəcə mənfi qəbul edilməyib, bu, müdafiəmiz baxımından da faydalıdır. Bundan başqa, antiterror əməliyyatının iştirakçılarına tətbiq edilən sanksiyalar ləğv olunacaq”.