Ukrayna Prezident Ofisi: "Qərbin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi həll olunub"

Region
  • 09 fevral, 2023
  • 13:23
Ukrayna Prezident Ofisi: Qərbin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi həll olunub
Andrey Yermak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün Qərb ölkələrinin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi məsələsi həll olunub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviterdə yazıb.

O, bunun detallarını daha sonra açıqlayacağını bildirib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.