Ukrayna paytaxtında etiraz aksiyası keçirilib

Region
  • 03 aprel, 2018
  • 09:30
Ukrayna paytaxtında etiraz aksiyası keçirilib
gordonua.com

Bakı. 3 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində “Oliqarxlarsız Ukrayna uğrunda” milli qüvvələri aprelin 3-də yürüş keçirib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, yürüşdə “Azadlıq”, “Milli korpus”, “Sağ sektor” partiya və ictimai birliklərin 2 500-ə yaxın fəalı iştirak edib.

“Azadlıq” Partiyasının sədri Oleq Tyaqnibok bildirib ki, onlar oliqarxlarla bağlı paketə dəyişiklik edilməsini istəyirlər: “Əks halda, bu hakimiyyət rədd olmalıdır”.

Milli qüvvələr seçki haqqında qanunvericiliyə dəyişikliyin olunması və prezidentə impiçmentlə bağlı qanun qəbul olunmasını da tələb edirlər.