Ukrayna MDB-də fəaliyyətini rəsmi olaraq dayandırmağa hazırlaşır
- 12 aprel, 2018
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 aprel. REPORT.AZ/ “MDB orqanlarının təsisçiliyində iştirakımızı rəsmi dayandırmaq haqqında hökumətlə birlikdə təkliflər hazırlanmasını xahiş etmişəm”.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin MDB-dən çıxması ilə bağlı aprelin 12-də Kiyevdə keçirilən təhlükəsizlik forumunda bildirib.
“Hökumətdən Minskdəki uyğun institutlarda Ukrayna nümayəndəliklərinin bağlanmasına dair təkliflər hazırlanmasını istəmişəm”, - o vurğulayıb.
Qeyd edək ki, Ukrayna 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında razılaşmadan çıxdığını bəyan etmişdi. Həmin vaxtdan Ukrayna MDB tədbirlərində səfir səviyyəsində təmsil olunur. Ukrayna isə hələ də üzv dövlətlərin bayrağı ilə eyni sıradadır.