Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub

Region
  • 29 noyabr, 2018
  • 10:04
Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub

Bakı. 29 noyabr. REPORT.AZ/ Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın olub.

“Report” RT-yə istinadən xəbər verir ki, noyabrın 29-da Bakı vaxtı ilə saat 10:00 radələrində nazirliyin binasında yanğın siqnalizasiyası işə düşüb.

Bildirilib ki, lift şaxtasındakı kabellər yanıb, hadisə ilə əlaqədar Nazirliyin işçiləri binadan təxliyyə ediliblər.

Hadisə yerinə 6 yanğınsöndürən texnika cəlb edilib.

Yanğının səbəbi ilə bağlı məlumat yayılmayıb.