Türkmənistanda "Xəzər dənizi - davamlı inkişaf və idarəetmə" konfransı başlayıb

Region
  • 07 mart, 2016
  • 06:46
Türkmənistanda Xəzər dənizi - davamlı inkişaf və idarəetmə konfransı başlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Xəzər dənizinin Türkmənistan sahillərində yerləşən Avaza milli turizm zonasında "Xəzər dənizi - davamlı inkişaf və idarəetmə" konfransı başlayıb.

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, konfransda ev sahibi ölkə ilə yanaşı, Azərbaycan, İran, Rusiya və Qazaxıstanın bir sıra nümayəndələri iştirak edir.

Martın 18-nə qədər davam edəcək konfransın məqsədi Xəzər hövzəsi ölkələrinin əməkdaşlığının daha da intensivləşdirilməsi, ətraf mühitin mühafizəsi, regionun davamlı inkişafı, Xəzər regionu müəssisələrinin mütəxəssislərinin təhsil və ixtisasartırmıdır.

Konfransın təşkilatçıları Türkmənistan XİN-i və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsidir.