Türkiyə XİN-in iki əməkdaşı Hatayda dağıntılar altında qalıb

Region
  • 09 fevral, 2023
  • 11:57
Türkiyə XİN-in iki əməkdaşı Hatayda dağıntılar altında qalıb
Mövlud Çavuşoğlu

“Bütün qurumlar zəlzələnin nəticələrinin aradan qaldırılmasına səfərbər olub”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, xalq da dövlətlə həmrəylik göstərir.

“Hatay təmsilçimiz Devrim Öztürk və digər əməkdaşımız Gökhan Aytaç dağıntılar altında qalıb”, - nazir söyləyib.