Türkiyənin xarici işlər naziri İrana səfər edəcək

Region
  • 14 noyabr, 2021
  • 10:28
Türkiyənin xarici işlər naziri İrana səfər edəcək
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah İrana rəsmi səfər edəcək.

"Report" bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq.

Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

44 filmi