Türkiyənin Van əyalətində ard-arda üç zəlzələ baş verib

Region
  • 23 noyabr, 2016
  • 13:08
Türkiyənin Van əyalətində ard-arda üç zəlzələ baş verib

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətində 3,6, 4,1 və 4,6 bal gücündə üç yeraltı təkan qeydə alınıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Yeraltı təkanları Araşdırma İnstitutu məlumat yayıb.

Xəbərdə bildirilib ki, yeraltı təkanlar nəticəsində xəsarət alan və dağıntı olmayıb.