Türkiyənin şərqində güclü zəlzələ olub
Region
- 08 fevral, 2023
- 20:38
Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı Bulanıkdan 33 km cənub-qərbdə olub. Zəlzələnin episentri 60 km dərinlikdə olub.
Təbiət hadisəsi Bakı vaxtı ilə 00:05-də qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 şəhərində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Son xəbərlər
15:35
Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb
Hadisə15:33
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır
Region15:31
Video
Rəhim Həsənov: "Baş hakim Cavid Cəlilov "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi"
Futbol15:24
ABŞ hərbçiləri Litvaya yola düşüb
Digər ölkələr15:23
"Azəri Med"in Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub
Biznes15:22
Foto
Video
"John Deere"in yeni nəsil pambıqyığan kombaynları təqdim olunub
Sosial müdafiə15:20
Nene "Fənərbağça"dan ayrılmaq istəyir
Futbol15:18
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Daxili siyasət15:15