Türkiyənin Milli Süni Zəka Strategiyası müəyyən olunub

Region
  • 20 avqust, 2021
  • 06:06
Türkiyənin Milli Süni Zəka Strategiyası müəyyən olunub

Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) müəyyən olunub.

“Report” xəbər verir ki, bununla bağlı “Resmi Gazete”də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı dərc olunub.

Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyatı ofisi tərəfindən birgə hazırlanıb. Sənəddə Türkiyənin 2025-ci ildə süni zəka sahəsində nail olmağı planlaşdırdığı hədəflər təsvir olunub.

Bildirilib ki, 24 avqustda keçiriləcək mərasimdə Milli Süni Zəka Strategiyası ictimaiyyətə təqdim olunacaq.

44 filmi