Oktay Kaynarca ilə birgə saxlanılan digər məşhurların kimliyi məlum olub - YENİLƏNİB

Region
  • 13 yanvar, 2026
  • 14:42
Oktay Kaynarca ilə birgə saxlanılan digər məşhurların kimliyi məlum olub - YENİLƏNİB

Türkiyədə məşhurlara qarşı yönəlmiş narkotik işi üzrə istintaq çərçivəsində Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, adları çəkilən şəxslər "istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq", "narkotik istifadəsini asanlaşdırmaq", "bir şəxsi fahişəliyə təşviq etmək, bunun yolunu asanlaşdırmaq, fahişəlik üçün vasitəçilik etmək və ya yer təmin etmək", "qumar oynanması üçün yer və şərait yaratmaq" maddələri əsasında saxlanılıblar.

Xatırladaq ki, bu əməliyyat çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, ümumilikdə altı nəfər saxlanılıb.

Türkiyədə məşhurlara yönəlmiş narkotik işi üzrə istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl də Türkiyənin bir çox tanınmış simaları narkotiklə əlaqəli saxlanmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti