Türkiyənin iki naziri MİT rəhbəri ilə birgə Özbəkistana gedir

Region
  • 11 sentyabr, 2024
  • 12:22
Türkiyənin iki naziri MİT rəhbəri ilə birgə Özbəkistana gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın sentyabrın 12-də Özbəkistana rəsmi səfər edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Həmçinin, təhlükəsizlik məsələləri barədə danışılacaq.