PKK-nın ​Türkiyənin Hakkari vilayətinə hücumu zamanı 2 polis şəhid olub, 11 nəfər yaralanıb - YENİLƏNİB

Region
  • 27 iyul, 2016
  • 22:29
PKK-nın ​Türkiyənin Hakkari vilayətinə hücumu zamanı 2 polis şəhid olub, 11 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 28 iyul. REPORT.AZ/ PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı qurğu olan avtomobillə hücumu nəticəsində 2 polis şəhid olub, 10-u polis olmaqla 11 nəfər xəsarət alıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Vandan gətirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində 2-i ağır olmaqla 12 polis və 1 mülki vətəndaş yaralanıb. 

Hakkari Dövlət Xəstəxanasına aparılan yaralılardan durumu ağır olan 2 polis şəhid olub. Yaralanmış 10 polisə və 1 mülki vətəndaşa tibbi yardım göstərilir.  

Bölgədə terrorçulara qarşı xüsusi əməliyyat başlanılıb. 

***01:03

PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı maddə olan avtomobillə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı yaralanıb.

"Report" "Anadolu" ağentliyinə istinadən xəbər verir ki, partlayıcı maddələrin Vandan gətirildiyi məlum olub.

Xəsarət alanlar Hakkari Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə PKK terrorçularına qaşrı xüsusi əməliyyat başlanılıb.

44 - Tezliklə