​Türkiyənin əsas müxalifət partiyasının liderinin mühafizəçilərinin sayı artırılıb

Region
  • 15 avqust, 2016
  • 12:59
​Türkiyənin əsas müxalifət partiyasının liderinin mühafizəçilərinin sayı artırılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun mühafizəçilərinin sayı 13 nəfərdən 21-ə çatdırılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, mühafizəçilər xüsusi təlim görmüş polis əməkdaşlarıdırlar.

Məlumata görə, Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra CHP liderinin mühafizəçilərinin sayı artırılıb.