Türkiyənin cənub-şərqində terror aktı: 3 yaralı

Region
  • 12 mart, 2016
  • 01:40
Türkiyənin cənub-şərqində terror aktı: 3 yaralı

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda terrorçu PKK silahlılarının əl qumbaraları ilə törətdikləri partlayış nəticəsində 3 polis yaralanıb. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Yaralı polislər Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Terrorçuların məhv edilməsi üçün rayona əlavə hərbi birləşmə göndərilib.