Türkiyənin BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyin edilib

Region
  • 16 avqust, 2016
  • 08:51
Türkiyənin BMT-dəki daimi nümayəndəliyinə yeni rəhbər təyin edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin BMT-dəki daimi nümayəndəliyin yeni rəhbər təyin edilib. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu posta Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu gətirilib.

Məlumata görə, 2012-ci ildən Türkiyənin BMT-dəki səfiri vəzifəsində işləyən Yaşar Halit Çevik isə Yunanıstana səfir təyin edilib.

Eyni zamanda, Tahsin Üğdül Türkiyənin maraqlarını Polşada, Can Dizdar isə BƏƏ-də təmsil edəcək.

44 - Tezliklə