Türkiyənin beynəlxalq axtarışa verdiyi 14 şəxs ölkəyə ekstradisiya olunub

Region
  • 28 yanvar, 2026
  • 12:04
Türkiyənin beynəlxalq axtarışa verdiyi 14 şəxs ölkəyə ekstradisiya olunub

Türkiyənin beynəlxalq axtarışa verdiyi 14 nəfər ölkəyə ekstradisiya olunub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

Həmin şəxslər Gürcüstan (9), Almaniya (2), Ermənistan (1), Xorvatiya (1) və Monteneqrodan (1) gətirilib.

Onlara qarşı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona üzvlük, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, ağırlaşdırılmış qətl, quldurluq və oğurluq, dələduzluq, şəxsi azadlıqdan məhrum etmə, qəsdən xəsarət yetirmə, silahla hədələmə, lisenziyasız odlu silah və sursatın alınması, daşınması və saxlanması, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, əmlaka ziyan vurma, yaşayış və iş yerlərinin toxunulmazlığını pozma, rəsmi sənədlərdə saxtakarlıq, eləcə də məhkumun və ya saxlanılan şəxsin qaçması maddələri üzrə ittihamlar irəli sürülüb.

44 filmi