Türkiyənin baş naziri: “Məsələnin həlli ay-ulduzlu bayraqdadır”

Region
  • 03 aprel, 2017
  • 15:41
Türkiyənin baş naziri: “Məsələnin həlli ay-ulduzlu bayraqdadır”
courtesy image

Bakı. 3 aprel. REPORT.AZ/ “Məndən soruşurlar: “Çözüm (barış və problemin həllli prosesi nəzərdə tutulur – “Report”) nə olacaq?” Çözüm yoxdur, qardaşım. Məsələnin həlli ay-ulduzlu bayraqdadır.”

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada sahibkarlarla görüşdə bildirib.

"Bu bayrağın altında 80 milyon yaşayacaq. Məsələnin həlli bu qədər sadədir. O alçaq terrorçu qrupları silib atacağıq” - baş nazir vurğulayıb.

Qeyd edək ki, terrorçu PKK qruplaşaması və onun tərəfdarları Türkiyədə 40 mindən 100 minədək insanın qətlində ittiham olunurlar. 1999 və 2004-cü illərdə Türkiyə terrorçulara qarşı mübarizədə təktərəfli atəşkəs elan etsə də PKK buna əməl etməyib. 2009-cu ildə “Milli birlik və qardaşlıq layihəsi”ni açıqlanıb. Bu layihəyə çözüm sürəci deyirlər. 2014-cü il iyulun 16-da “Terrorun bitməsi və cəmiyyətini bütünləşməsinin gücləndirilməsinə dair qanun”un qüvvəyə minməsi ilə “çözüm prosesi” dayandırılıb. 

44 - Tezliklə