Türkiyəli nazir: "TDT daxilində ticarət əlaqələrinin inkişafı əsas prioritetimizdir”

Region
  • 14 sentyabr, 2023
  • 13:49
Türkiyəli nazir: TDT daxilində ticarət əlaqələrinin inkişafı əsas prioritetimizdir”

“Qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində ticarət əlaqələrinin inkişafı əsas prioritetimizdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Türk Dünyası İş Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün daha yaxşı imkanlar yaranıb.

Nazir, həmçinin TDT daxilində ticarət əlaqələrinin inkişafında Orta Dəhlizin rolunu xüsusi qeyd edib.