Türkiyəli nazir: “ABŞ dünya tarixinin üz qarasıdır”

Region
  • 04 noyabr, 2023
  • 09:22
Türkiyəli nazir: “ABŞ dünya tarixinin üz qarasıdır”

“ABŞ dünya tarixinin üz qarasıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda keçirilən İsrail-HƏMAS müharibəsi ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ dünyadakı müharibə cinayətlərinə göz yumur: “Bu gün beynəlxalq hüquq görməzdən gəlinir. Heç bir qətnamə işləmir”.

Nazirin sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemi bu gün mövcud problemləri həll edə bilmir.