Türkiyədə general koronavirusdan öldü, qurbanların sayı 3-ə çatdı - YENİLƏNİB
- 19 mart, 2020
- 14:19
Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə parlamentində hesabatla çıxış edib.
“Report” “A haber”ə istinadən xəbər verir ki, o, Türkiyədə koronavirusdan ölənlərin sayının 3-ə çatdığını açıqlayıb.
Nazir sabiq komandan Aytaç Yalmanın koronavirus testinin neqativ, onun həyat yoldaşı və yaxınlarının testinin pozitiv çıxdığını vurğulayıb.
F.Koca bununla belə generalın koronavirusdan öldüyünü təsdiqlədiklərini söyləyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 227 931-ə çatıb. 9 311 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
*** 16:02
Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman koronavirusdan ölüb.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, onun həyat yoldaşı da koronavirusa yoluxduğuna görə müayinə altındadır.
General 80 yaşında İstanbulda ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.