Türkiyədən beş ölkəyə uçuşların təxirə salınması müddəti uzadılıb
Region
- 06 mart, 2026
- 16:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədən beş ölkəyə - İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşların təxirə salınmasının müddəti uzadılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, Türkiyə aviaşirkətləri bu ölkələrə martın 9-dək uçuş həyata keçirməyəcək.
Nazir həmçinin bildirib ki, İranın Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumuna görə AZAL-a məxsus iki təyyarə İğdır Şəhid Bülənt Aydın Hava Limanına enib və sərnişinlər təhlükəsiz şəraitdə avtobuslarla Naxçıvana çatdırılıblar.
Qeyd edək ki, aviareyslər əvvəlcə martın 6-dək təxirə salınmışdı.
Son xəbərlər
04:55
Keniyada eboladan ilk ölüm halı qeydə alınıb
Digər ölkələr04:28
"Bloomberg" ABŞ-yə aid "F-35" hissələrinin Çinə necə gedib çıxdığını aydınlaşdırıb
Digər ölkələr03:51
"Blue Origin" şirkəti dekabrda "New Glenn" raketini yenidən buraxmağı planlaşdırır
Digər ölkələr03:07
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
Xarici siyasət02:55
Albaniyada 130 gündür, etirazlar davam edir
Digər ölkələr02:13
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
Digər ölkələr01:41
Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var
Digər ölkələr01:16
Yunanıstan ABŞ-dən 4 milyard dollar dəyərində silah alacaq
Digər ölkələr00:44