Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO

Region
  • 21 fevral, 2017
  • 09:50
Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO

İstanbul. 21 fevral. REPORT.AZ/ Türkiyənin İğdır vilayətindəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib. 

Bunu “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: "Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan  5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır".

Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: "Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir".

Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 26  nəfər isə yaralanıb.

Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO