Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Region
  • 01 aprel, 2021
  • 05:46
Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı İHA yayıb.

Hadisə Şanlıurfa-Akçakale avtomobil yolunda qeydə alınıb. Qəza sürücülərdən birinin dönmə qaydalarını pozaması nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.