Türkiyədə yaxtada yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib

Region
  • 20 avqust, 2023
  • 12:09
Türkiyədə yaxtada yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Kocaeli şəhərinin Başiskele rayonunda yaxtada baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, içərisində izolyasiya materialları olan yaxtada yanğın naməlum səbəbdən baş verib.

Yanğın əraziyə gələn təcili xidmətlərin əməkdaşları tərəfindən söndürülüb.

Tüstüdən zərər çəkənlər Kocaeli Şəhər Xəstəxanasına aparılıb. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.