Türkiyədə yanğınlara 28 təyyarə, 119 helikopter və 14 PUA cəlb olunub
- 31 iyul, 2026
- 16:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə son günlər meşə sahələri də daxil olmaqla ayrı-ayrı yerlərdə ümumilikdə 206 yanğın hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bu yanğın hadisələrinin 202-si nəzarət altına alınıb.
Hazırda davam edən yanğın hadisələri Balıkesir-Gömeç, Antalya-Alanya, Mersin-Gülnar-Aydıncık və Aydın-Çine ərazilərini əhatə edir. Yanğınların 133-ü meşədən kənar ərazilərdə baş verib.
Ölkə üzrə yanğınla mübarizə çərçivəsində 28 təyyarə, 119 helikopter və 14 pilotsuz uçuş aparatı (PUA), 1 953 yanğınsöndürmə avtomobili, 2 766 ilkin müdaxilə maşını və 878 xüsusi texnika fəaliyyət göstərir.
ÜLKEMİZ GENELİNDE MEYDANA GELEN ORMAN YANGINLARINA İLİŞKİN SON DURUM
— T.C. İletişim Başkanlığı (@iletisim) July 31, 2026
Ülkemizin çeşitli noktalarında meydana gelen orman yangınlarıyla mücadele, Tarım ve Orman Bakanlığına bağlı Orman Genel Müdürlüğü koordinasyonunda aralıksız devam ediyor.
Orman Genel Müdürlüğü, yangınlarla… pic.twitter.com/GpH6gq2P5l