Türkiyədə üç gün küçəyə çıxmaq qadağan ediləcək
Region
- 22 aprel, 2021
- 00:24
Türkiyədə üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək.
“Report”un Türkiyə bürosu xəbər verir ki, 23 apreldə “Milli Suverenlik və Uşaq Bayramı” günü münasibəti ilə rəsmi tətil elan edilib. Nəticədə həftəsonu tətbiq ediləcək küçəyə çıxmaq qadağası bu gün (22 aprel - Red), yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minəcək.
Cümə, şənbə və bazar günlərini əhatə edəcək sərt karantin rejimi 26 aprel, yerli vaxtla saat 05:00-dan sonra qismən yumşaldılacaq.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında artım müşahidə olunur. İndiyədək ümumilikdə 4 446 591 nəfərdə virus aşkarlanıb, müalicə alan 36 975 nəfər ölüb. Hazırda 3 398 nəfər reanimasiyadadır.
Son xəbərlər
04:44
UKMTO: Hörmüz boğazının Oman sahillərində naməlum mərmi gəmini vurub
Digər ölkələr04:10
Rodri "Real Madrid"ə keçmək niyyətindədir
Futbol03:41
"Haluk Levent işi"nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib
Region03:04
ABŞ Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib
Digər ölkələr02:43
Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir
Xarici siyasət02:15
"Politico": FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
Digər ölkələr01:47
Türkiyədə terror cinayətlərinin istintaqı ilə bağlı müstəqil büro qurulacaq
Region01:08
"Al Hadath": Əli əl-Amudi Qəzza zolağında HƏMAS-ın rəhbəri seçilib
Digər ölkələr00:59