Türkiyədə avtobus qəzasında ölənlərin sayı artıb

Region
  • 28 avqust, 2022
  • 12:20
Türkiyədə avtobus qəzasında ölənlərin sayı artıb

Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kütahya-Bursa yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Xəsarət alan sərnişinlərin sayı isə 35-dir. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, dərəyə aşan avtobusun içində 47 turist olub. 

11:38

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 47 sərnişini olan tur avtobusu aşıb.

"Report" xəbər verir ki, qəza İnegöl mahalının Kocayayla məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, qəzada 2 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara aparılıb.

44 filmi