Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb

Region
  • 03 noyabr, 2017
  • 06:19
Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir terrorçu məhv edilib.

Antiterror əməliyyatı Kaynarpınar rayonunun Huzurevləri məhəlləsinin Sıtkı Göral küçəsindəki yaşayış binasında, PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib.