Türkiyədə terrorçuların hücumu nəticəsində 1 hərbçi şəhid olub, 2-si yaralanıb

Region
  • 25 iyun, 2018
  • 13:01
Türkiyədə terrorçuların hücumu nəticəsində 1 hərbçi şəhid olub, 2-si yaralanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin Bitlis bölgəsində terrorçu PKK qruplaşmasının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 2-si yaralanıb.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bu barədə Bitlis valiliyi məlumat yayıb.

Bölgə əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə terrorçulara qarşı əməliyyat davam edir.