Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb

Region
  • 04 oktyabr, 2017
  • 07:08
Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarası atıblar. 

Yaralı hərbçilər xəstəxanaya yerləşdiriliblər.

Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.

44 - Tezliklə