Türkiyədə tanınmış müğənni və prodüserlər saxlanılıb

Region
  • 16 iyul, 2026
  • 09:44
Türkiyədə tanınmış müğənni və prodüserlər saxlanılıb

Türkiyədə narkotik istintaqı çərçivəsində 25 nəfər saxlanılıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, onların arasında tanınmış simalar - müğənni İlyas Yalçıntaş, Sıla Gençoğlu, Aybüke Aldere, prodüser Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Ayşe Nur Balcı, model İrəm Haznedar və başqaları var.

Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır.