Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

Region
  • 24 avqust, 2017
  • 06:50
Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusunun körpüyə çarpılması nəticəsində 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb.

“Report” "Ajanshaber"ə istinadən xəbər verir ki, qəza Əskişehir-Ankara avtomobil yolunun Ballıkuyumcudan keçən hissəsində baş verib. 

Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib. 

Qəzanın səbəbi araşdırılır. 

44 filmi