Antalyada sel: 1 nəfər ölüb, məktəblərdə tətil elan edilib
Region
- 13 fevral, 2024
- 13:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Antalya şəhərində davam edən sel ağır nəticələrə səbəb olub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin Kepez rayonundakı Qazi bulvarında bir maşında 47 yaşlı adamın meyiti tapılıb.
Həmçinin, beş rayonda - Aksu, Döşemealtı, Kepez, Muratpaşa və Konyaaltı rayonlarında məktəblərdə bu gün və sabah tətil elan olunub.
Məlumata görə, 989 nəfər təxliyə edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 248 nəfərlik şəxsi heyət, 63 nəqliyyat vasitəsi, 24 generator və 13 dalğıcla işlər davam edir.
Son xəbərlər
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
İnfrastruktur
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region