Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

Region
  • 25 iyul, 2026
  • 00:44
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunun bələdiyyə sədri Fatma Kaplan Hürriyet vəzifədən uzaqlaşdırılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət qurumlarının tenderlərinə müdaxilə və rüşvət alma ittihamları ilə iyulun 20-də saxlanılan F.K. Hürriyet "müvəqqəti tədbir" kimi vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, bələdiyyə sədri ilə yanaşı, onun həyat yoldaşı da saxlanılıb.