Türkiyədə partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub, 10 nəfər yaralanıb
Region
- 01 sentyabr, 2025
- 20:33
Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisənin məhvetmə sahəsində partlayış olub.
"Report" "Türkiye" qəzetinə istinadən xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ikisi jandarm, biri polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Aydın valisi Yakup Canbolatın sözlərinə görə, hadisəyə səbəb partlayıcı maddə daşıyan maşının aşması olub. Bundan sonra ərazidə partlayış baş verib. O, həmçinin xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Son xəbərlər
14:28
Dünyanın ən zəngin insanının şirkəti: "SpaceX" "InvestAz"da!
Maliyyə14:27
Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq
Energetika14:23
İqnasio Kassis: Ceyhun Bayramovla yeni görüş Nyu-Yorkda keçiriləcək
Xarici siyasət14:10
"Karvan-Yevlax" Əli Abdullayev və Elvin Yunuszadə ilə vidalaşıb
Futbol14:10
Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib
Sosial müdafiə14:04
"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq
İnfrastruktur14:02
Foto
Bakıda güləş üzrə dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
Fərdi13:59
Konqoda Eboladan 1 600 nəfər ölüb
Digər ölkələr13:53