Türkiyədə növbəti dəfə zəlzələ olub

Region
  • 01 fevral, 2020
  • 00:22
Türkiyədə növbəti dəfə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:32-də Elazığ şəhərinin Sivrice rayonunda 4,5 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 6,9 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin 4,8 maqnitudada qeydə alındığını açıqlayıb.