Türkiyədə MİT-in 63 keçmiş əməkdaşının tutulması üçün sanksiya verilib

Region
  • 12 sentyabr, 2017
  • 06:38
Türkiyədə MİT-in 63 keçmiş əməkdaşının tutulması üçün sanksiya verilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstiqbarat Təşkilatı-MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 63 keçmiş əməkdaşının tutulması barədə sanksiya verilib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar.

İnformasiyaya əsasən, onların tutulması üçün Türiyənin 21 əyalətində əməliyyat keçirilib. Paytaxt Ankarada 32 ünvanda aparılan əməliyyat nəticəsində 9 şübhəli tutulub.

Məlumata görə, ötən il FETÖ istitaqı ilə əlaqədar MİT-in 87 əməkdaşı işdən azad edilib, onların 52-si barədə cinayətə işi başlanılıb. 

44 filmi