Türkiyədə məktəblərdə polis nəzarəti gücləndirilib
Region
- 16 aprel, 2026
- 12:10
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə son iki gündə baş verən silahlı insidentlərdən sonra ölkənin təhsil müəssisələrində nəzarət gücləndirilib.
"Report" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər və Milli Təhsil nazirlikləri qərar qəbul edib.
Qərara əsasən, hər məktəbdə ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub.
Həmçinin dərs saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyi üçün zərurət yarandıqda əlavə qüvvələrin də əraziyə cəlb ediləcəyi bildirilib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
Son xəbərlər
16:57
Azərbaycanda "Yaşıl Hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
Digər16:55
Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib
Daxili siyasət16:55
Heqset: Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir
Digər ölkələr16:52
Den Keyn: ABŞ İrana qarşı döyüş əməliyyatlarını istənilən anda yenidən başlamağa hazırdır
Digər ölkələr16:51
Foto
Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb - YENİLƏNİB-13
Fərdi16:51
Foto
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib - YENİLƏNİB
Biznes16:49
Heqset: ABŞ İranın hərbi hərəkətlərini diqqətlə izləyir, "ağıllı seçim" edin
Digər ölkələr16:47
Ekvadorda həvəskarlar arasında futbol matçı zamanı hakim güllələnərək öldürülüb
Futbol16:42