Türkiyədə liseyə silahlı hücum olub, 11 şagird yaralanıb, hadisəni törədən şəxs saxlanılıb - YENİLƏNİB-4
- 22 sentyabr, 2026
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısındakı silahlı insident zamanı 11 şagird yaralanıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında yazıb.
Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.
ÇOCUKLARIMIZIN GÜVENLİĞİNİ TEHDİT EDEN HİÇBİR İHMAL KARŞILIKSIZ KALMAYACAKTIR!
— Akın Gürlek (@abakingurlek) September 22, 2026
Manisa’nın Turgutlu ilçesinde, okul binası dışında, öğrencilerimizin okullarına gittiği sokakta meydana gelen silahlı saldırıda 2’si ağır olmak üzere 11 öğrencimizin yaralanması hepimizi derinden…
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident baş verib.
Liseyin 15 yaşlı şagirdi ətrafa çoxlu sayda atəş açaraq 11 nəfəri yaralayıb.
Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ərazi polis nəzarəti altına alınıb.
Hadisənin baş verdiyi liseydə bu gün dərslər dayandırılıb.
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törədən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə əlaqədar hüquqi və inzibati araşdırma başladılıb.
Hadisə ilə əlaqədar hələlik 1 şagirdin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunur.
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb.
"Report" "A Haber"ə istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İlkin məlumata görə, hələ ki kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.
Hücum nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.
Türkiyədə məktəbə silahlı hücum olub.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadisə ölkənin Manisa vilayətinin Turqutlu rayonunda baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var.