Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib

Region
  • 06 sentyabr, 2017
  • 08:27
Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə polisi ölkənin cənubunda yerləşən Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli idarəsinin binasına hücum hazırlayan terrorçu-kamikadzeni zərərsizləşdirib.

"Report" DHA-ya istinadən xəbər verir ki, əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənərək atəş açıb.

Partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir.